“Hatayspor” Renat Dadaşovla razılaşdı

İDMAN
22:53 03.09.2023
271

Türkiyənin "Hatayspor" klubu Renat Dadaşovla razılıq əldə edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı "Spor Arena" yayıb.

Məlumata görə, hazırda İsveçrənin "Qrasshopper" klubunun formasını geyinən 24 yaşlı mərkəz hücumçusu  "Hatayspor"la anlaşıb.

Qeyd edək ki, Renatın "Qrasshopper"lə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununda başa çatır.


OXŞAR XƏBƏRLƏR