"Hava da ingilislərin xeyrinədir" - Aqil Abbas "Qarabağ” - “Çelsi” oyunu haqda

"Hava da ingilislərin xeyrinədir" - Aqil Abbas "Qarabağ” - “Çelsi” oyunu haqda
SOSİAL
17:37 05.11.2025
471
Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda "Qarabağ" növbəti oyununa çıxacaq. Təmsilçimiz İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Deputat Aqil Abbas AZXEBER.COM-a açıqlamasında deyib ki, Qarabağ oyunda uduzmayacaq:

"Biz oyunda uduzmayacağıq. Qarabağa inanmaq lazımdır, vəssalam! Futbolçulara ruh yüksəkliyi lazımdır və bunu da Qurban Qurbanov bacarır. Allah Qarabağa güc-qüvvət verəcək, duasını da etmişəm. Havanın yağışlı olması ingilislərin xeyrinədir, çünki onlar belə havalarda oynamağa öyrəşiblər”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR