Şamaxının Göylər kəndi ərazisində, çay kənarında kişi meyiti tapılıb.
AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədin aşkar edildiyi yerə baxış keçiriblər.
İlkin araşdırmalar zamanı məlum olub ki, meyit Şamaxının Göylər kənd sakini 51 yaşlı Taleh Məhyəddinova məxsusdur.
Abbas Qasımov - Mərhumun qonşusu: "Heyvanları yerbəyer etdikdən sonra çıxıb. Dumana düşüb, azıb. Qonşular yığışıb axtardıq. Kəndin əkin sahələri olan tərəfindən tapıldı".
İqbal Məhyyədinov - Mərhumun qardaşı: "Hava duman olduğuna görə evi tapa bilməyib".
Kənd sakini: "Dumana düşüb. Gecə səhərə qədər axtarmışıq. Bu gün tapıldı".
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.