Hava ilə bağlı ən son - PROQNOZ

Hava ilə bağlı ən son - PROQNOZ
Bütün Xəbərlər
11:14 25.04.2012
1539

Son iki gündə Azərbaycanda sabit hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən AZXEBER.COM-a verilən məlumatına görə, aprelin 26-27-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR