Hava kəskin dəyişəcək - YAĞIŞ YAĞACAQ

Hava kəskin dəyişəcək -  YAĞIŞ YAĞACAQ
Bütün Xəbərlər
13:39 21.08.2014
1207
Uzun müddətdir davam edən dözülməz istilərin ardınca Azərbaycanda sərin hava müşahidə olunacaq.AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, sabah - avqustun 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir.Havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında avqustun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR