Hava necə olacaq?

Hava necə olacaq?
Bütün Xəbərlər
14:20 14.09.2013
1267

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə AZXEBER.COM-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun 25-29 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında sentyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun 24-29, dağlarda 18-23 dərəcə isti olacağı gözlənilir.Aqrometeoroloji şərhə görə, sentyabrın 16-dək respublika ərazisində temperaturun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir. Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişaf sürətini bir qədər artıracaq, lakin pambıq bitkilərində qozaların açılması və yetişməsi üçün kifayət qədər olmayacaq.Gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var ki, bu da bağlarda meyvələrin, bostanlarda tərəvəzin və süfrə üzümünün yığımında, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsində mühüm çətinliklər yaratmayacaq və torpaqda məhsuldar rütubət ehtiyatının artması üçün şərait yaradacaq.

OXŞAR XƏBƏRLƏR