Hava soyuyacaq, temperatur düşəcək

Hava soyuyacaq, temperatur düşəcək
Bütün Xəbərlər
14:07 19.12.2012
1010
Bakıda və Abşeron yarımadasında dekabrın 20-də gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumatına görə, havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında dekabrın 20-də arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 31 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.Yaxın 2 gündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcək, fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Temperatur 21-də günün ikinci yarısından başlayaraq tədricən 3-5 dərəcə aşağı enəcək.
OXŞAR XƏBƏRLƏR