Bakı və Abşeron yarımadasında fevralın 18-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Günün ikinci yarısından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Fevralın 19-da havanın arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-4, günün birinci yarısında 6 dərəcəyədək isti, axşama doğru 0 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 18-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
Fevralın 19-də havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında, axşam isə şərq rayonlarında yağıntılar tədricən kəsiləçək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək.