Havalar isinəcək – PROQNOZ

Havalar isinəcək – PROQNOZ
Bütün Xəbərlər
10:10 07.04.2012
1613

Ölkə ərazisində yağmursuz və dumanlı hava şəraiti proqnozlaşdırılır

Bakıda və Abşeron yarımadasında aprelin 8 və 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AZXEBER.COM-a verilən xəbərə görə, aprelin 8-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir. Aprelin 9-da dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Aprelin 10-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 6-11 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 8-də havanın əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, qərb rayonlarında çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti gözlənilir. Aprelin 9-10-da havanın əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacağı, qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Dağlarda gecə 4-9 dərəcə isti, gündüz 17-22 dərəcə isti proqnazlaşdırlır.

OXŞAR XƏBƏRLƏR