Havalar isinir: 11 dərəcə isti

Havalar isinir: 11 dərəcə isti
Bütün Xəbərlər
12:05 24.02.2012
1194
Sabah Bakıda və Abşeron yarımadasında 11 dərəcə isti olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü verilən məlumata görə, fevralın 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti gözlənilir.Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR