Sabah Azərbaycanda şimal-qərb küləyinin əsməsi ilə əlaqədar temperatur bir qədər enəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, axşam buludluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.Aprelin 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman duman olacaq. Axşam bəzi cənub rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.