Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ

Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
SOSİAL
15:16 09.09.2026
57

Son günlər havaların soyuması ilə küçələrdə və açıq satış məntəqələrində balıq satışına daha çox rast gəlinir. 

Xüsusilə yol kənarlarında, bazar ətrafında və digər açıq ərazilərdə müxtəlif növ balıqların soyuducu avadanlıq olmadan satışa çıxarılması diqqət çəkir. 

Soyuq hava şəraiti balığın saxlanmasına müəyyən qədər təsir etsə də, məhsulun hansı temperaturda, nə qədər müddət və hansı şəraitdə saxlanılması məsələsi aktuallığını qoruyur. Çünki balıq tez xarab olan qida məhsullarından biri hesab olunur və satış zamanı düzgün saxlanma şəraitinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. 

Maraqlıdır, küçələrdə, xüsusilə açıq havada və soyuducu şərait olmadan satılan balıqlar insan sağlamlığı üçün hansı riskləri yarada bilər və alıcı balığın təzə və təhlükəsiz olduğunu hansı əlamətlərə əsasən müəyyən edə bilər? 

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, küçələrdə, xüsusilə açıq havada və soyuducu şərait olmadan satılan balıqlar qida təhlükəsizliyi baxımından ciddi risk yarada bilər: 

"Balıq tez xarab olan məhsuldur və temperaturun yüksəlməsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Nəticədə qida zəhərlənməsi, qusma, ishal, qarın ağrısı və digər mədə-bağırsaq problemləri yarana bilər. Balığın mənşəyi və saxlanma şəraiti məlum olmadıqda isə parazitlər, bakterial çirklənmə və digər təhlükələr baxımından risk artır. Alıcı balıq seçərkən ilk növbədə onun qoxusuna, gözlərinə, qəlsəmələrinə və dərisinə diqqət etməlidir. Təzə balığın qoxusu kəskin, çürümüş və ya ammonyakabənzər olmamalıdır. Gözləri şəffaf və parlaq, qəlsəmələri isə qırmızı və ya çəhrayı rəngdə olmalıdır. Dərisi parlaq, seliyi şəffaf, əti isə elastik olmalıdır. Barmaqla basdıqda yaranan iz tezliklə itirsə, bu, təzəliyə işarədir”.

 

F.Səfərov bildirib ki, balığın bəzi xarici xüsusiyyətləri onun xarab olduğunu göstərə bilər: 

"Qarın hissəsinin şişməsi, ətin həddindən artıq yumşalması, gözlərin bulanıq və batıq olması, qəlsəmələrin boz-qəhvəyi rəng alması və xoşagəlməz qoxu balığın xarab olma əlamətləridir. Belə məhsulların alınmasından və istehlakından çəkinmək lazımdır”.

Qida eksperti vurğulayıb ki, yalnız balığın görünüşünə əsaslanmaq təhlükəsiz məhsul seçmək üçün kifayət deyil: 

"Balığın təzə görünməsi onun mikrobioloji baxımdan təhlükəsiz olduğunu tam göstərmir. Məhsulun mənşəyi, daşınması və hansı şəraitdə saxlanılması da mühüm əhəmiyyət daşıyır. Xüsusilə açıq havada, günəş altında və buz və ya soyutma sistemi olmadan satılan balıqlarda risk daha yüksək ola bilər”. 

Ekspert istehlakçılara balıq alarkən rəsmi satış məntəqələrinə üstünlük verməyi tövsiyə edib:

"Ən təhlükəsiz seçim balığın rəsmi satış məntəqəsindən, uyğun temperatur rejimində saxlanılan və mənşəyi məlum olan məhsul kimi alınmasıdır. Alıcılar açıq havada, xüsusilə soyutma sistemi olmadan satılan balıqları alarkən daha diqqətli olmalıdırlar. Məhsulun saxlanma şəraiti şübhə doğurursa, onu almaqdan imtina etmək daha məqsədəuyğundur”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
15:24 09.09.2026
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
15:16 09.09.2026
Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
15:14 09.09.2026
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
15:13 09.09.2026
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
15:12 09.09.2026
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
15:10 09.09.2026
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
15:07 09.09.2026
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR
15:02 09.09.2026
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR
14:42 09.09.2026
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
14:38 09.09.2026
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
Kanat yollarında gizli təhlükə: Tros nə vaxt istifadədən çıxarılmalıdır?
14:29 09.09.2026
Kanat yollarında gizli təhlükə: Tros nə vaxt istifadədən çıxarılmalıdır?
“Şagird oxuya bilir, amma oxuduğunu anlamır” - Təhsildəki bu problem necə həll ediləcək?
14:18 09.09.2026
“Şagird oxuya bilir, amma oxuduğunu anlamır” - Təhsildəki bu problem necə həll ediləcək?
Gənclər və İdman Nazirliyi QHT Agentliyi ilə birlikdə qrant müsabiqəsi elan edəcək
14:13 09.09.2026
Gənclər və İdman Nazirliyi QHT Agentliyi ilə birlikdə qrant müsabiqəsi elan edəcək
“İnsanları siniflərə bölmək məntiqli deyil” – Deputatdan sərt açıqlama
14:06 09.09.2026
“İnsanları siniflərə bölmək məntiqli deyil” – Deputatdan sərt açıqlama
Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
13:55 09.09.2026
Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək
13:45 09.09.2026
Ceyhun Bayramov Mirzoyanla görüşəcək