Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, yanvarın 03-dəhava şəraitinin əsasən buludlu, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Güclü şimal küləyi əsəcək, gündüzə doğru mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti, axşama doğru 0 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarındaYanvarın 03-dəhava şəraitinin arabir yağıntılı, bəzi yerlərdə sulu qar olacağı, dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək. Yanvarın 03-dəAbşeron yarımadasında soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, yanavrın 04-də meteoroloji amillərin mülayim tərəddüdü əksər insanlarda müsbət amil kimi qiymətləndirilə bilər.