‘Havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır’ - İlham Əliyev

‘Havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır’ -  İlham Əliyev
SİYASƏT
10:42 10.01.2014
1293
“Ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Kompleks tədbirlər görülür. Daha da ciddi tədbirlər görülməlidir”.
AZXEBER.COM xəbər verir ki, bunu president İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilən iclasında deyib. İ. Əliyev bildirib ki, xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir: “Əlbəttə ki, “Avro-3” standartına keçid sürətləndirilməlidir. “Avro-3” də son hədd deyildir. “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodlarının da böyük rolu vardır. Orada da yenidənqurma aparılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq o tikilənə qədər mövcud zavodlarda ekoloji tədbirlər görülməlidir. Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır.
Mənə verilən məlumata görə, əsas amil minik maşınlarıdır. Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilibdir. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq, eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik, qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur. Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır. Ancaq yüz min maşının – onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir. Ona görə, vaxtilə biz ekoloji standartlara, yaxud da ki, texniki şərtlərə uyğun olmayan maşınların idxalını dayandırmışıq. Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək. Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır.
İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyildir. Deyə bilərəm ki, cərimələr burada işləmir. Çünki cərimələrin tutulması prosesi çox mürəkkəbdir. Bir də ki, indi cərimələrin məbləği də o qədər böyük deyil ki, bu cərimələrə görə kimsə öz fəaliyyətini dayandırsın. Ona görə, ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Biz milyonlarla ağac əkirik, ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik. Ancaq havanı çirkləndirən müəssisələr bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi