Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək
Bütün Xəbərlər
13:13 28.08.2014
1334
Azərbaycanda müşahidə olunan isti və yağmursuz hava şəraiti avqustun 29-da davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, avqustun 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 25-28, gündüz 35-39 dərəcə isti olacaq.
Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayarı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.
A.Verdiyev qeyd edib ki, avqustun 30-dan başlayaraq hava şəraiti dəyişiləcək, avqustun 30-31-də Bakıda küləkli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu bu günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Avqustun 30-da Bakıda 29-33 dərəcə isti, avqustun 31-də isə 27-32 dərəcə isti hava müşahidə olunacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, avqustun 29-da Abşeron yarımadasında güclü isti temperatur diskomfort, havada rütubətin çox olması, gecə və səhər saatlarında durğun hava şəraitinin üstünlüyü əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün xüsusən əlverişsizdir. Gündüz saatların uzun müddət açıq havada qalmaq məsləhət deyil. Avqustun 30-31-də güclü xəzri küləyi nəticəsində havanın temperaturun tədricən enməsi müsbət amildir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
14:44 26.08.2025
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
14:33 26.08.2025
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi
14:30 26.08.2025
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi