Hazırda Bakıda tikintisi gedən yolların - SİYAHISI
Bütün Xəbərlər
12:35 03.04.2012
1860
Qış fəslinin daha sərt və şaxtalı keçməsi, kommunikasiya xətlərində yaranan problemlər, ağırtonnajlı yük maşınlarının həddən artıq yük götürməsi və s. amillər paytaxtın avtomobil yollarının sıradan çıxmasına səbəb olub. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hazırda paytaxtın Nizami küçəsinin Azadlıq prospektindən K.Səfərəliyeva küçəsinədək (K.Səfərəliyeva küçəsindən Y.Səfərov küçəsinədək uzunluğu 550, eni 11 metr olan yol çəkilmişdir),28 May küçəsindən Neftçilər prospektinədək,Xaqani küçəsinin K.Səfərəliyeva ilə kəsişməsindən Azadlıq prospektinədək,Z.Əliyeva küçəsinin K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək,M.Zeynalabdiyev küçəsinin D.Əliyeva küçəsindən Nizami küçəsinədək,F.Əmirov küçəsinin 28 May küçəsi ilə Xaqani küçəsinədək,Xətai prospektində, İ.Qutqaşınlı küçəsinin İnşaatçılar prospekti ilə M.Müşfiq küçəsinədək, Vaqif prospektinin C.Hacıbəyli küçəsi ilə S.Vurğun küçəsinədək,Y.Çəmənzəminli küçəsinin S.Vurğun küçəsindən Azadlıq prospektinədək olan hissələrində geniş təmir işləri aparılır.Bundan başqa, Binəqədi şosesinin S.Axundov küçəsindən Baksol yolunadək olan hissəsi asfaltlanmış, Baksol yolunun Binəqədi şosesindən Z.Binyadov prospektinədək, Ə.Rəcəbli küçəsinin Z.Bünyadov prospektinədək, Binəqədi-Novxanı yolunun sahilboyu yoldan Binəqədi qəsəbəsinədək, “4-cü qapı” yolunun Binəqədi şosesi ilə kəsişməsinədək hissələrində, Bakı-Quba yolunun Xırdalan qəsəbəsinə çıxışı təmin edən yolda da təmir işləri həyata keçirilir.