"Hazırda yoluxma hallarındakı artım yeni dalğanın..."

"Hazırda yoluxma hallarındakı artım yeni dalğanın..."
SOSİAL
22:24 24.01.2022
460
Qısa müddət ərzində "omikron" dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da aparıcı ştama çevrilir. Bu hal əhali arasında narahatlıq doğurur. Qeyd etmək lazımdır ki, həmin ştama yoluxma zamanı xəstəlik yüngül və qısa müddət ərzində keçir, sağalma tez baş verir, hətta xəstələrin təcridolunma dövrü də az olur. Bir sıra ölkələrdə həmin müddət 7, bəzilərində isə 5 günə qədər qısaldılıb. Azərbaycanda da yanvarın 24-dən etibarən təcridolunma müddəti 14 gündən 7 günə endirilib. Bu, onunla əlaqədardır ki, xəstəlik daha yüngül keçir və belə olan halda məhdudiyyətlər tətbiq etmək lazım olmur. Yalnız səhiyyə müəssisələri yükləndiyi halda müəyyən tədbirlər görmək olar. Güman edilir ki, ölkəmizdə fevral ayında xəstəliyin pik dövrü müşahidə ediləcək və müəyyən müddətdən sonra vəziyyət yaxşılaşmağa doğru gedəcək. Hazırda yoluxma hallarındakı artım göstərir ki, yeni dalğanın başlanğıcındayıq. Son vaxtlar yoluxma sayında müşahidə olunan artım isə "omikron" ştamı ilə izah edilir. Yaxın bir neçə həftə ərzində həmin artımların davamlı olacağını hesab edirik. Yoluxmaların və xəstəxana çarpayılarının sayı nəzərə alınaraq müəyyən tədbirlər görülə bilər. Hələlik buna heç bir ehtiyac yoxdur, çünki yoluxma rəqəmləri o qədər də böyük deyil.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, klinik baxımdan "omikron" ştamı daha çox yüngül formalara səbəb olur və əsasən yuxarı tənəffüs yolları zədələnir. Yəni prosesin aşağı tənəffüs yollarına, ağciyərlərə enməsi halı olsa da, əvvəlki ştamlarla müqayisədə daha azdır. Ağciyər tutulması halının az baş verməsi bir tərəfdən xəstəxanada müalicə olunanların, digər tərəfdən kritik formaların sayını azaldır. Ümumilikdə götürsək, peyvənd edilməyənlərin, immun sistemi zəif və ağır xroniki xəstəlikləri olanların hətta xəstəliyi keçirmiş olsalar da, yenə də risk qrupunda olacaqları, xəstəliyi yenidən keçirmək və ağır hallarla üzləşmək ehtimalı var.

Onun dediyinə görə, "omikron" ştamında epidemik və kliniki fərqləri qeyd etmək olar: "Yəqin ki, əhalini ilk növbədə kliniki əlamətlərin fərqliliyi daha çox maraqlandırır. Hava-damcı yolu ilə yayılan infeksiyaların hamısı - istər qrip, istərsə yeni növ koronaovirus, istərsə də digər respirator infeksiyalar olsun - tənəffüs yollarını zədələyir və onların əlamətləri eynidir. Hər hansı bir infeksiyada və ya infeksiyanın yeni ştamında bu və ya digər əlamət üstünlük təşkil edə və yaxud əvvəlkilərlə müqayisədə daha az müşahidə oluna bilər. Bəri başdan demək istəyirəm ki, "omikron" ştamı digər virusların törətdiyi kəskin respirator xəstəliklərə oxşardır. Burda iki cür əlamət olur: ümumi toksikasiya və yerli əlamətlər. Toksikasiya əlamətlərinə ümumi halsızlıq, zəiflik, baş, əzələ, oynaq ağrıları, hərarətin yüksəlməsi daxildir. Yerli əlamətlər isə virusun tənəffüs yollarının zədələnməsidir. Boğaz ağrısı, burun tutulması və ya axması, quru öskürək baş verir və bunlar kataral əlamətlər adlandırılır. Hazırda qış fəsli olduğuna görə təbii ki, digər respirator virus xəstəlikləri də müşahidə olunur və onların əlamətləri həmin xəstəliklərlə eynilik təşkil edir. İndi pandemiya dövrü olduğuna görə COVID infeksiyasının daha kütləvi yayılmasını müşahidə edirik və dünya üzrə xəstələnənlərin 40 faizinin "omikron"a yoluxması yeni ştamın daha sürətlə yayıldığını və əvvəllər yayılan "delta" ştamını üstələdiyini göstərir.

"Qorunma üsulları ilk növbədə əhalidən asılıdır. Ötən iki il ərzində həmin üsulların zəruriliyi hər kəsə aydın olub. Son vaxtlar qapalı məkanlarda, nəqliyyatda, dükan-bazarlarda həmin qaydalara şüurlu yanaşıldığını, maska taxıldığını, mümkün qədər məsafə saxlanıldığını görürük. Digər məsələ vaksinasiyadır. İndi sutka ərzində peyvənd olunanların böyük hissəsi "buster" doza alanlardır və onların sayı sürətlə artır. Risk qrupunda olanlar da həmin prosesə cəlb olunmalıdırlar ki, nəticədə ağır hallarla üzləşməyək. Bu yaxınlarda belə bir tədqiqat aparılıb: iki doza "Pfizer" peyvəndi vurulandan beş-altı ay sonra üçüncü dozanın tətbiqi nəticəsində "omikron" ştamına qarşı qoruyuculuq yenidən 70 faizə yüksəlir. İnfeksiya ilə mübarizədə ən təsirli və səmərəli vasitə vaksinasiyadır. Doğrudur, ştamlar dəyişir, mutasiyalar baş verir və hər bir variant əvvəlki neytrallaşdırıcı anticisimlərdən yayınmaq imkanı qazanır. Bu, virusun həyat mübarizəsidir və o, sağ qalmaq üçün çalışır, formalar axtarır. İnsanda immunitet yüksək səviyyədədirsə, bu, öz qoruyuculuq xüsusiyyətini göstərəcək. Əhalinin "buster" dozaya çağırışı bununla əlaqədardır", - deyə mütəxəssis-ekspert bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
11:55 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
11:47 02.07.2025
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
11:43 02.07.2025
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb