Həbs edilən yüksək vəzifəli məmurun kabinetindən xəzinə çıxdı

Həbs edilən yüksək vəzifəli məmurun kabinetindən xəzinə çıxdı
Bütün Xəbərlər
15:14 20.11.2015
6502
Vidadi Zeynalov iş otağını dəyəri milyonlarla ölçülən əşyalarla bəzəyibmiş
Bir neçə gün əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından əsl xəzinə tapılıb.
Etibarlı mənbədən «Bizimyol.info» saytına verilən məlumata görə, axtarışlar zamanı yüksək çinli məmurun qızı əşyalara böyük marağının olduğu ortaya çıxıb. Belə ki, iş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyrimibeşlikləri, Azərbaycanın müstəqilliyinin 10 illiyi münasibəti ilə buraxılmış qızıl sikkələr, 5 ədəd İsveçrənin ən məşhur firmalarının istehsalı olan qızıl saatlar, ona qədər qızıl, brilliant işləmələrlə xüsusi sifarişlə hazırlanmış qələmlər, üzərində 50, 100 və 1000 dollarlıq əskinaslar təsvir olunmuş son dərəcə bahalı suvinerlər və bir neçə qızıl külçələr tapılıb. Mənbə bildirib ki, həmin əşyalar aktlaşdırılaraq götürülüb.
Məlumatda daha sonra bildirilir ki, Vidadi Zeynalov hakimiyyətdə ən varlı şəxslərdən biri olub. Onun şəhərin müxtəlif yerlərində ondan artıq dəbdəbəli villası, ofis və ticarət mərkəzləri, otelləri restoranları, gözəllik salonları, ölkənin səfalı bölgələrində istirahət mərkəzləri var. Mənbə təkcə onun «varlılar məhəlləsi» adlandırılan Teymur Əliyev küçəsindəki möhtəməş sarayının on milyon dollardan artıq qiymətinin olduğunu qeyd edib. V.Zeynalovun əsas gəliri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə həyata keçirilən infrastruktur layihələrindən çıxıb. Belə ki, ona məxsus çoxlu sayda firma bir qayda olaraq tenderlərdə dəyəri on milyonlarla ölçülən layihələri qazanıb.
Xatırladaq ki, V.Zeynalov vəzifəsindən azad edilən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova görə işdən çıxarıldığı bildirilir. Onun qardaşı Vahid Zeynlov Milli Təhlükəsizlik Nazirliyinin tədris mərkəzinin rəisi olub. Son hadisələrdə V.Zeynov vəzifəsindən azad edilib.
Vidadi Zeynalov isə Baş Prokurorluqda aparılan işin qətiyyən ona dəxli olmadığını, Eldar Mahmudovu şəxsən tanımadığını, onunla əlaqəsi olmadığını deyib.
Bu haqda Vidadi Zeynalovun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.
Vəkil qeyd edib ki, sabiq aparat rəhbəri mətbuatda Eldar Mahmudovla əlaqəli olması səbəbindən həbs edilməsi iddiası ilə razılaşmır: "O, korrupsiya ilə əlaqədar istintaqa cəlb edilib. MTN-nin vəzifəli şəxsləri barədə qaldırılan cinayət işi isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılır. Yəni istintaqlar tamam fərqli yerlədə getdiyindən bir-biri ilə əlaqələndirilməsi doğru deyil.
Hüquqlarını müdafiə etdiyim şəxs adının MTN-nin yüksək vəzifəliləri ilə birgə hallanmasını heç cür qəbul etmir".
Vəkil "Vidadi Zeynalov adının korrupsiya məsələsində hallanmasını qəbul edib özünü təqsirli sayırmı" sualına cavabında bu barədə fikir bildirmədiyini deyib.
Xatırladaq ki, Vidadi Zeynalov barəsində oktyabrın 29-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Keçmiş apparat rəhbəri Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
21:23 23.09.2025
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
20:52 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
20:48 23.09.2025
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
20:45 23.09.2025
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
20:41 23.09.2025
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
BMT tribunasından Qəzza MESAJI
20:37 23.09.2025
BMT tribunasından Qəzza MESAJI
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor
20:28 23.09.2025
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor
Baku TV-yə yeni baş redaktor təyin olundu
20:14 23.09.2025
Baku TV-yə yeni baş redaktor təyin olundu
Azərbaycanın İsrailə görə "Avroviziya"dan imtinası xəbərlərinə MEDİA-dan açıqlama
20:10 23.09.2025
Azərbaycanın İsrailə görə "Avroviziya"dan imtinası xəbərlərinə MEDİA-dan açıqlama
Burkina Faso, Mali və Niger BCM-dən çıxır
19:57 23.09.2025
Burkina Faso, Mali və Niger BCM-dən çıxır
"Napoli" İtaliya millisinin üzvü ilə müqavilə müddətini uzadıb
19:50 23.09.2025
"Napoli" İtaliya millisinin üzvü ilə müqavilə müddətini uzadıb
Məşhur aparıcı “İdman TV”dən ayrıldı
19:39 23.09.2025
Məşhur aparıcı “İdman TV”dən ayrıldı
NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
19:28 23.09.2025
NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Yaşar Nurinin qızının görüntüləri tənqid olundu - FOTO
19:11 23.09.2025
Yaşar Nurinin qızının görüntüləri tənqid olundu - FOTO