Həbs olunan müstəntiqlə bağlı yeni detallar: İlhamə Quliyeva işi

Həbs olunan müstəntiqlə bağlı yeni detallar: İlhamə Quliyeva işi
SOSİAL
15:48 09.08.2017
7960
"İlhamə Quliyevanı ölümdən qurtardım, özümü bəlaya saldım”

Azərbaycanın xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın vəfatından təxminən ilyarım keçməsinə baxmayaraq, hələ də sənətkarın sağlığında baş vermiş məlum xoşagəlməz hadisələrlə bağlı söz-söhbət səngimək bilmir.

Belə ki, İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova Bəylər qızının ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işində Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov tərəfindən şahid qismində dindirilən Zəminə Xıdır qızı Məhərrəmova mətbuata açıqlama verib. O, bildirib ki, məlum hadisənin müstəntiqi Müşviq Abbasov ondan külli-miqdarda pul tələb edib. Bundan başqa, vətəndaşların çoxsaylı şikayətləri əsasında onun törətdiyi əməllər barəsində Azərbayacan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır.

Z.Məhərrəmovanın təfərrüatlı açıqlamasını təqdim edirik:

"Mən Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov tərəfindən aldadılaraq 3000 (üç min) manatımı mənimsənilib. Hamınıza məlumdur ki, 2015-ci ilin ən qalmaqallı məsələsi olan İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Bəylər qızının İ.Quliyevaya qarşı hazırladığı sui-qəsd hazırlanması barədə İlhamə xanımın şikayəti əsasında Bakı şəhər Prokurorluğunun əməkdaşı müstəntiq Müşviq Abbasov tərəfindən araşdırılma aparılırdı. Həmin zaman mən də ora şahid qismində dəvət olunmuşdum. Ona görə ki, Mehriban Hüseynova İlhamə Quliyevanın adından saxta vəsiyyətnamə yazaraq, əmlakını ələ keçirmək idi. Həmin saxta sənədi mən Mehribanın əlindən alaraq, İlhamə xanıma təqdim etmişdim. Bildiyiniz kimi, həmin ərəfələr Vüqar Bəkirovu günahsız yerə şərləyib, həbs etdirdilər. Bu da kimləriminsə marağına xidmət edirdi. Onu da bilirik ki, Vüqar Bəkirov həbs olunan zaman ona məxsus olan "Samsung”, "Alcotel” və "Toshiba” markalı mobil telefon və kompyüterini mənə saxlamağa vermişdi ki, birdən istintaqa kömək məqsədiylə Mehriban Hüseynovanın səs yazıları lazım olarsa təqdim edim və elə də oldu. Mən Vüqar Bəkirovun əşyalarını Müşviq Abbasova təqdim etdim. Həmin zaman Müşviq Abbasov məni hədələməyə başladı. Deyirdi ki, "sən kim idin ki, Mehribandan vəsiyyətnaməni alıb, İlhaməyə verirdin...!”

Mən ona bildirdim ki, "Müşviq müəllim, siz nə danışırsınız....?! Mən,Vüqar və Orxan Nadirov (İlhamə Quliyevanın oğlu) İlhamə xanımı ölümdən qurtarmışıq. Hər şeyi bilə-bilə siz necə bu sözləri deyə bilirsiniz?”

M.Abbasov da cavab olaraq dedi ki, "İmkan verərdin öldürərdi, bundan sonra Mehribanı tutardıq.”

M.Abbasov məni qorxuzduraraq, ilkin 5000 (beş min) manat, daha sonra 4000 (dörd min) manat tələb edirdi. Və nəhayət sonda 3000 (üç min) manatımı ala bildi. Həmin pulun bir qismini yaxın rəfiqəm Aygündən alaraq, 2000 (iki min) manatını isə özümə məxsus olan qızıl əşyalarımı lombarda qoyaraq götürmüşəm və şəxsən Müşviq Abbasovaya vermişəm. Bundan sonra aldandığmı bildikdən sonra dəfələrlə Müşviqdən pulumu istəsəm də, o, buna əhəmiyyət vermədi. Hətta Vüqar Bəkirovun əşyalarını ona təqdim etdiyim protokolu da ondan ala bilmədim. Şükürlər olsun ki, Vüqar Bəkirov bugünkü gündə öz günahsızlığını sübuta yetirərək, azadlığa çıxdı və onunla birgə dəfələrlə Bakı şəhər Prokurorluğuna gedərək, Müşviq Abbasovdan ona məxsus olan əşyaları geri istədik. Amma o, əşyaları geri qaytarmaqdan imtina edərək, boyun qaçırdı. Və bu proses 1 il ərzində davam etdi. Bizi süründürməçiliyə məruz qoyaraq, bu gün-sabah deyə-deyə müxtəlif bəhanələr gətirirdi. Hal-hazırda Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşviq Abbasov barəsində Azərbayacan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılaraq, iş aparılır. Müşviq Abbasov barəsində vətəndaşların çoxsaylı şükayətləri əsasında onun törətdiyi əməllər sübuta yetirilir. Bu gün (09.08.2017) Nərimanov rayon müvəqqəti saxlama təcridxanasından çıxıram və Müşviq Abbasovla üzləşməm oldu. Onun məndən aldığı 3000 (üç min) manat pulumu və Vüqar Bəkirova məxsus olan əşyaları geri qaytarılmasını tələb etdim. Bu günə qədər ona görə lombarda faizlə pul verirəm. Hər ay ödədiyim həmin məbləğləri də ondan tələb edirəm. Onun orada etdiyi hərəkətləri görüb, dəhşətə gəldim. Belə ki, 15 il dövlət qulluğunda çalışan bir məmurun törətdiyi qanunsuzluq, yolverilməz hərəkətləri nəticədə Vüqar Bəkirova məxsus olan "Samsung” markalı (dəyəri 365 manatdır) telefonu mənimsəyərək, öz maraqları üçün istifadə edib. Onu da bildirmək istəyirəm ki, bu işlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsinə dəvət olunan Müşviq Abbasovla bağlı şikayət ərizəmi vermişəm. Məndən hədə-qorxu ilə aldığı 3000 (üç min) manat pulumu geri qaytarılmasını tələb etdim. Müşviq Abbasov kimi dövlət məmuru olmaqdansa, məhbus olmaq daha yaxşıdır. Amma məncə, ona məhbus adı da vermək haramdır. Çünki o, məhbusun payını da yeyəcək. İndi bilsin ki, günahsız adamların başına oyun açıb, hədə-qorxuyla pul almaq nə deməkdir. Kimlərisə dələduzluluqda ittiham edib, həbs etdirməklə deyilmiş... Dələduzun böyüyü uzun illər dövlət məmuru olub.”

Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"