Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) Kamal Kılıçdaroğlunun yenidən sədr postuna qayıtması ilə başlayan böhran partiya daxilində böyük parçalanmaya çevrilib.
AZXEBER.COM xəbər verir ki, Özgür Özəlin rəhbərliyi ilə 91 deputatın CHP-dən ayrılaraq YENİ Partiyanı yaratmasından sonra çox sayda bələdiyyə sədri və partiya rəhbəri də CHP ilə yollarını ayırıb.
Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu da CHP-dən istefa verdiyini açıqlayıb.
İmamoğlu istefası ilə bağlı "17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa edirəm” deyib.










































