Həbsdə olan gənclər azadlıqdakılara səsləndi: '17 mart mitinqinə qatılın'
Bütün Xəbərlər
12:57 13.03.2012
1645
Dünən Baxşıxanım Abbasova və ailə üzvləri 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan vicdan məhbusları Tural Abbaslı və Əhəd Məmmədli ilə görüşüb. Görüşdə vicdan məhbuslarının dostları da iştirak edib.Bu haqda “Yeni Müsavat”a B.Abbasova məlumat verdi. O, türmədə Məhəmməd Məcidli və Babək Həsənovla da görüşdüklərini dedi: “Vəziyyətləri yaxşıdır. Əhədin də yerini dəyişiblər. Əvvəl onu sınıq pəncərənin qarşısında yatırırdılar. Həç oğlum Tural, həm də Əhəd gəncləri 17 mart aksiyasında fəal iştiraka səslədi”.