Həbsdəki NİDA-çı prezidentə müraciət etdi - MƏTN

Həbsdəki NİDA-çı prezidentə müraciət etdi - MƏTN
Bütün Xəbərlər
14:10 02.06.2014
2622
Bəxtiyar Quliyev “siyasi məhbus” adlandırılmasına etirazını bildirib
Həbsdə olan “Nida” Vətəndaş Hərəkatının üzvü Bəxtiyar Quliyev kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Bəxtiyar Səməndər oğlu müraciətdə təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını qeyd edib, “siyasi məhbus” adlandırılmasına qəti etirazını bildirib.
O, “Nida” Vətəndaş Hərəkatının üzvlüyündən imtina etdiyini də qeyd edib.
Məhkum B. Quliyev prezident İlham Əliyevə də müraciət edib.
OXŞAR XƏBƏRLƏR