İranda həbsdən azad olunmuş azərbaycanlı şairlər ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
AzərTAc xəbər verir ki, şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn sentyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə tər çiçəklər qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn Şəhriyar Hacızadə və Fərid Hüseyn ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüşlər.