Həbsdən çıxan müğənni Maral Tahirqızı sosial şəbəkədə status paylaşıb və hər kəsi salamlayıb.
2015-ci ildə 3 il müddətinə həbs edilən və vaxtından əvvəl azadlığa çıxan müğənni dostlarını salamlayıb: "Əziz dostlarımı ürəkdən salamlayıram. Məni unutmayanlara, sevdiklərimə salamlarımı göndərirəm".
Maral Tahirqızı müğənniliyə davam edəcəyini əlavə edib: "Bundan sonra daha güclü oxuyacam, səsimin üstünə səs gəlib”.
///lent.az