Həbsxanadan qaçan “Qoca” öldürüldü, bəs əsl oğru “Qoca” kim idi? — FOTOLAR

Həbsxanadan qaçan “Qoca” öldürüldü, bəs əsl oğru “Qoca” kim idi? — FOTOLAR
KRİMİNAL
21:18 07.11.2017
4381
Ötən həftə hüquq-mühafizə orqanları ilə atışmada öldürülən avtoritet Etibar Məmmədovdan başqa, Azərbaycan kriminal aləmində "Qoca” ləqəbli başqa "qanuni oğru” da olub.
 
AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, bu, 1972-ci il təvəllüdlü Əlibala Həmidovdur.
 
Əlibala Həmidov Etibar Məmmədovdan fərqli olaraq, bu aləmin ən böyük zirvəsi olan "qanuni oğru” adına yiyələnib. Etibar Məmmədov isə yalnız kriminal avtoritet statusunda qalıb.
 
Bəs Əlibaba Həmidov kim olub?
 
Əlibala Həmidov 1972-ci ilin noyabrında Bakının Yasamal rayonunda dünyaya göz açıb. Həmidov ilk məhkumluğunu 20 yaşında yaşayıb. 1992-ci ildə Bakı məhkəməsi onu 14 il müddətinə azadlıqdan məhrum edib. Ə.Həmidov həbsdə olduğu müddətdə oğru aləminin qanunları ilə yaşayıb. O, 14 il azadlıqdan məhrum edilməsinə baxmayaraq, 5 il sonra - 1997-ci ildə azadlığa çıxıb.
 
Əlibala Həmidov azadlığa çıxandan dərhal sonra Azərbaycanı tək edərək, "oğruların şəhər”i olan Moskvaya üz tutub. Burda azərbaycanlı kriminallarla birgə fəaliyyət göstərməyə başlayıb. Həmidov Moskvada böyük "razborkalar”da iştirak edib. Bunun nəticəsində 1998-ci ildə "Seymur Nardaranski” kimi tanınan Mirseymur Abdullayevin təşəbbüsü ilə Əlibala Həmidova "qanuni oğru” adı verilib.
 
26 yaşında oğru aləminin ən yüksək pilləsinə çıxan Əlibala "Qoca”, "Qoca Bakinski”, "Qoca Yasamalinski” ayamaları ilə tanınmağa başlayıb.
 
Mirseymur Abdullayevin o zamankı "oğru aləminin şahı” hesab edilən Aslan Usayonla (Ded Xasan) çox yaxşı münasibətləri olub. Bunun müqabilində "Qoca” da Moskvanın mərkəzində olan rayonların birinə "əmir” təyin edilib. Burda olan "qara işlər” hamısı ona tapşırılıb.
 
2000-ci ildə Moskvanın Paveletskaya meydanın yaxınlığında "Qoca” polis tərəfindən saxlanılır. Onun üzərində narkotik maddə aşkarlanır və həbsxanaya göndərilir. Lakin elə həmin il amnistiyaya düşürərək azadlığa çıxır.
 
Əlibaba Həmidov 2003-cü ildə "Lotu Quli” kimi tanınan Nadir Səlifovdan "oğru” adının alınmasına dəstək verən azərbaycanlı oğrulardan olub. Həmin vaxtı "Lotu Quli”nin böyük qardaş "Sabirabadlı Hikmət”ə əl qaldırması onun adının alınması ilə nəticələnib. Məhz o zamandan "Qoca”ın "Lotu Quli” ilə münasibətləri korlanıb.
 
"Qoca” haqqında məlumatlarda onun "Otar Marneulski” kimi tanınan Otar Bədəlovla düşmən olduğu deyilir. Onu da qeyd edək ki, onun "Lotu Quli” ilə münasibətlərinin korlanmasının mərkəzində elə Otar Bədəlov durur. Çünki Otar Bədəlovun Nadir Səlifovla çox yaxın dostluq münasibətləri olub.
 
2003-cü ilin sonlarında Mirseymur Nardaranlının öldürülməsindən sonra "Qoca”ın yükü daha da çoxalır. Bir çox obyektlərə nəzarət etmək onun üstünə düşür.
 
Əlibala Həmidov azərbaycanlı kriminallardan "Vaqif Diplomat”, "Rəşad Gəncinski”, "Emin Hacıqabulinski”, "Rafiq Masallinski”yə "oğru” adı verilməsində iştirak edib. O, 14-dən çox "qanuni oğru”nun "tac”lanmasında iştirak edib.
 
"Qoca” 2005-2010-ci illər arasında bir neçə dəfə saxlanılsa da, müxtəlif yollarla azadlığa çıxıb.
 
2010-cu ildə Ukraynada saxlanılan "Qoca” tez bir zamanda Rusiya ekstradisiya edilib. Çünki Əlibala Həmidov həmin vaxt Rusiya vətəndaşı olub. Məhkəmə onun narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilib, 8 ay azadlıqdan məhrum edib.
 
2012-ci ildə o, yenidən Moskvada saxlanılır. Qaqarin rayon Məhkəməsi bu dəfə ona 10 ay cəza kəsir.
 
Ded Xasanın öldürülməsindən sonra onun varisləri ilə "Qoca” arasında soyuq müharibə başlayır. O zaman mətbuatda yazılanlara görə, "Qoca” "Ded”in ölməsindən istifadə edərək, onun 15 böyük obyektini ələ keçirib.
 
"Ded Xasan”ın klanı "Qoca”nın aradan götürülməsi ilə bağlı qərar qəbul edir. Eyni zamanda, həmin vaxtı Əlibabanın "Quli” ilə də münasibəti kəskin olub.
 
2013-cü ilin avqust ayının 18-də Əlibala Həmidov İstanbulda qətlə yetirilir.
 
"Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb. "Qoca”nın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib. "Qoca” küçəyə çıxdıqdan 3-4 saniyə sonra 3 nəfər onu güllələyərək qaçıb.
 
Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtoritet "Qoca Yasamalski” həmin ünvandan son mənzilə yola salınıb. O, Yasamal qəbiristanlığında dəfn edilib.
 
Onu "Ded”in, yoxsa "Quli” adamlarının öldürməsi məlum deyil.
 
Qeyd: 2016-cı ilin məhz avqust ayının 18-də digər azərbaycanlı "vor zakon” "Rövşən Lənkəranski” İstanbulda öldürülüb. Hər iki avtoritetin eyni gündə, eyni şəhərdə öldürülməsinin heç də təsadüf olmadığı deyilir
 










OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi