“Heç kim azərbaycanlıların taleyindən danışmır” - Çingiz Abdullayev “Rossiya 1”də

“Heç kim azərbaycanlıların taleyindən danışmır” - Çingiz Abdullayev “Rossiya 1”də
SİYASƏT
11:21 08.10.2020
1168
Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev Rusiyanın "Rossiya 1” telekanalında "Vladimir Solovyov ilə axşam” verilişinə qatılaraq Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fikirlərini bölüşüb. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki,  Çingiz Abdullayev çıxışında Azərbaycanın münaqişədə mövqeyi ilə bağlı sualları cavablandırarkən bildirib:

"Birinci ondan başlayaq ki, Qarabağın Ermənistan olduğunu deyirlər, daha doğrusu bunu Paşinyan deyib. Və səhv deyib, çünki, Ermənistan özü də daxil olmaqla dünyada heç kim Qarabağı tanımır. Bu gün səhər eşitdiyimə görə isə, Vladimir Putin deyib ki, Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aid deyil və beləliklə, Ermənistana da. Burada Rusiya tərəfindən məsələyə aydınlıq gətirilib.

Azərbaycan konkret olaraq nə istəyir? Azərbaycan hər şeydən öncə işğal olunmuş 7 ətraf rayonun qaytarılmasına nail olmaq istəyir, hansındaki 1 milyona yaxın insan yaşayıb. Aydın məsələdir ki, bu insanlar öz torpaqlarına qayıtmalıdırlar. Başa düşürsünüz, hər zaman, eləcə də sizin studiyada Dağlıq Qarabağ əhalisi ilə bağlı müzakirələr gedir, əlbəttə ki, bu, vacibdir. Ancaq orada 150-170 min insan yaşayır. Lakin 800 min insanın talehi isə elə bil heç kimi narahat etmir. Üzr istəyirəm, bu Oruelsayağıdır, hər kəs bərabərdir, ancaq bəziləri digərlərinə nisbətən daha bərabərdir.

Başa düşün ki, bu, azərbaycanlıları çox incidir. Niyə heç kim onların taleyi haqda danışmır? Demək olar, hər 10-cu adam öz doğma torpaqlarından məhrum olub.

İndi Azərbaycan nə istəyir? Məncə, bizim Prezident çox dəqiq və aydın şəkildə açıqlayıb. Erməni işğalçı qüvvələrinin sözügedən rayonlardan çıxarılması, oradan çıxarılan azərbaycanlıları yenidən geri qaytarılması”,-deyə Çingiz Abdullayev qeyd edib.

O, Azərbaycanın erməni əhalini Dağlıq Qarabağdan çıxarmaq istəmədiyini, bu siyasətin əksinə Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparıldığını xatırladıb.

"Daha sonra Qarabağda heç kimin heç kimi qovmaq fikri yoxdur. Üstəlik Prezident deyib ki, azərbaycanlı və erməni əhali birlikdə dostluq içində yaşamalıdır, necə ki, bu, 100 illərlə olub, necə ki, bu, indi Bakıda baş verir.

Niyə heç kim demir ki, Bakıda hazırda 30 min erməni yaşayır. Ermənistanda isə bir nəfər azərbaycanlı yoxdur.

Heç kim bizim beynəlmiləl respublika olduğumuzu demir. Bizdə 150 mindən çox rus vətəndaşları var. Ermənistan isə monorespublikadır, biz onları qınamırıq, bu, onların seçimidir. Ancaq niyə bizi heç kim başa düşmür. Niyə heç kim başa düşmək istəmir ki, həmin torpaqlarda indi heç kim yaşamır. Və həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıb. 1-2 ailə ola bilər, onlar da qayıdıb yaşaya bilərlər. Bizim ən əsas tələbimiz torpaqlarımızın azad edilməsidir. Niyə bizi heç kim başa düşmək istəmir?”,-deyə yazıçı bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
11:38 12.10.2026
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
11:35 12.10.2026
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
11:33 12.10.2026
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
11:32 12.10.2026
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
11:22 12.10.2026
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:17 12.10.2026
İlham Əliyev İspaniya Kralını təbrik etdi
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
11:15 12.10.2026
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
10:58 12.10.2026
Prezidentin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
10:50 12.10.2026
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO
14 yaşlı qız dəm qazından öldü
10:42 12.10.2026
14 yaşlı qız dəm qazından öldü
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
10:33 12.10.2026
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir