“Heç kim sizi zorla deputat seçməyib” - Oqtay Əsədov deputatlara əsəbiləşdi

“Heç kim sizi zorla deputat seçməyib” - Oqtay Əsədov deputatlara əsəbiləşdi
SOSİAL
17:44 01.02.2019
5216
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

AZXEBER.COM-un xəbərinə görə, spiker hər kəsə işində diqqətli olmağı tapşırıb: 

"Bəzi deputatlar günün birinci yarısı gəlir, ikinci yarısı iclasda olmurlar. Heç kim kimdənsə artıq deyil. Heç kimi zornan millət vəkili etməyiblər. Bu, bizim birinci iş yerimizdir. Milli Məclisin ayda 3-4 dəfə iclası olur. Hamı vaxtı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Olur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar? Belə işləmək saymamazlıq olur”-, deyə O.Əsədov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR