00:44 Bazar Ertəsi, 23 Sentyabr 2019

Heç utanırsınız?…

22:46, 12.06.20194711
Heç utanırsınız?…
Milli komandamız 11 İyun tarixində Avropa Çempionatı 2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirtdi. Rəqib isə Slovakiya yığması idi.
Oyunun çətin olacağı gözlənilirdi, amma bizim futbolçular oyunu asanlaşdırdılar. Mübarizəsiz və meydanda yalnız gəzməklə. Məğlub olmaq da olardı, amma mübarizə ilə, döyüşməklə. Bədavinin meydanla Bulvarı səhv salması, (yanından keçən slovakiyalı oyunçulara yalnız salam verməsi əskik idi), Arazın oyun boyu göyə baxması və zərbə vurmaqdan imtina edərək qapının yanında boş ötürmələr etməsi, Almeydanın yersiz və zamansız cərimələri (Macarıstanla oyunda qolla nəticələnmişdi), Maksimin ümumiyyətlə, zəif təsir bağışlaması yalnız utandırdı. Sanki bu oyunçulara azarkeşlərin qıcıqlanması daha xoş idi. Ramilin müdafiəyə kimi gəlməsi və hücuma keçməsi, meydanda olan 5-6 "Qarabağ” oyunçularının da yerinə oynaması bəlkə bir üsyan idi. Sonda Ramilin göz yaşlarını saxlaya bilməməsi etdiyi üsyanın davamı, demək istədiklərini göz yaşları ilə danışması idi. Ramil də utanırdı, yalnız məğlubiyyətə görə deyil, qeyd olunan oyunçuların məsuliyyətsizliyi, gəzib-dolaşmasına görə idi. Üstündə daşıdığı milli forma, bayraq, təmsil etdiyi ad Azərbaycanın idi, klubun deyildi. Amma onlar bunun ya fərqində olmadılar, ya da olmaq istəmədilər.
Ümumilikdə diqqəti çəkən maraqlı fakt bütün iradların yalnız bir klubun oyunçuları ilə bağlı olması idi. Oyundan sonra sosial şəbəkələrdə əsas mövzu bu məğlubiyyətin səbəbkarlarının axtarılması idi, hər kəs əsəbi halda günahkarları axtarırdı. Və ortaya maraqlı iddia çıxdı. Əsas mövzü isə "oyunçuların meydanda oynamaması, ruhsuzluğu və məsuliyyətsizliyi idi. Sosial şəbəkə istifadəçilərinin bir çoxu onların qəsdən oynamamasını və azarkeş hirsinin artırılmasına təkan verdiyini bildirdilər.  
Sosial şəbəkə istifadəçilərinin status və rəylərindən sitatlar:
"Görəsən, Bilərəkdən oynamayan futbolçular neçə gün narahat yatacaq. Bayrağıni vətəninini, azarkeşini heçə saymağın vicdan əzabı neçə gündür?! Amma çətin”.
"Təkcə Ramil gəlmişdi Slovakiya ilə oyuna? Deyəsən digərləro oyunçularini milliyə buraxmamışdı. Onlar da deyib müəllim gedirik amma ürəyimiz, ruhumuz sizin yaninizda qalacaq meydanda olmayacaq”.
"Qara hər dəfə deyir ki, biz də istəmərik uduzaq, əlimizdən gələni edirik. Bu dəfə bu cümləni deyə bilər?”

"Futbolçular meydanda təsadüfi gəzirdi, yoxsa ancaq mənim beynimdə qaranlıq suallar dolaşır? Qara ilə Bədavi meydanda gəzib rəqibə buyur keç, vur deyirdiniz sanki. Niyə?”

"Dəyərsiz futbolçular, oynamadığınız məlum. Maraqlı odur ki, bilərəkdən oynamadınız, yoxsa bilməyərəkdən. Oynaya bilmədiniz yox a, oynamadiniz! Çox hiss etdirməyəydiniz heç olmasa. Gələn dəfə klubunuzda məşq edin, özünüzü yandırmayasiniz”
"Meydanda olanlar heç olmasa Ramildən vətənpərvərliyi, bayraq üçün vuruşmağı öyrənin”.
 

 


XƏBƏR LENTİ