15:15 şənbə, 24 Avqust 2019
SOSİAL

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

16:25, 23.07.20192547
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AZXEBER.COM-a bildirilib ki, kvotanın dolması üçün təxminən 30 yer qalıb. Vizaların verilməsi prosesi isə iyulun 27-dən başa çatacaq.

Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Sənədlərin qəbulu yalnız QMİ-də həyata keçirilir. Həcc ziyarətinin qiyməti 4285 dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

Avqustun 2-dən 6-dək ziyarətə gediş, 21-dən 25-dək isə dönüş baş tutacaq.
XƏBƏR LENTİ