"Hədəfim daimi olaraq milli komandada çıxış etməkdir” - AÇIQLAMA

"Hədəfim daimi olaraq milli komandada çıxış etməkdir” - AÇIQLAMA
İDMAN
16:40 17.10.2023
292
"Hədəfim daimi olaraq milli komandada çıxış etməkdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan millisinin və "Qəbələ" klubunun qapıçısı Rəşad Əzizli deyib. O millinin son oyunlarını belə dəyərləndirib.

"Bildiyiniz kimi millimiz səfərdə Estoniya üzərində 2:0 hesabla qalib gəldi. Oyun çox yaxşı keçdi, səfərdə oynamaq elə də asan deyil, çünki rəqibin gücü və rəqib meydandan azarkeş amili var. Amma istədiyimiz nəticəni əldə etdik. Ötən gün doğma meydanda isə güclü Avstriya millisi ilə oynadıq, təəsüf ki, minimal hesabla məğlub olduq. Buna baxmayaraq pis çıxış etmədik, fürsətlərdən istifadə edə bilsəydik oyundan nəticə ilə ayrılacaqdıq. Amma ümidimizi itirmirik, millimiz inkişaf edir, qarşıda oyunlar var, istəyirik xallar toplayıb reytinqdə daha üst pillələrdə qərarlaşmaqdır”.

Təcrübəli futbolçu Azərbaycan - Avstriya matçına azarkeşlərin marağının az olmasından danışıb:

"Oyun bizə doğma məkanda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutdu. Bu stadion hər bir futbol azarkeşinə doğmadır, bununla yanaşı şəhərin mərkəzində yerləşir. Ona görə hər birimiz istəyirik ki, stadiona çox adam gəlsin, anşlaq yaratsınlar. Təəsüf ki, arenada azarkeş sayı az idi. İnşallah gələn ay İsveçlə bu stadionda üz-üzə gələcəyik. Çox istəyirəm ki, stadion tam dolsun. Elə olanda bütün futbolçularda ruh yüksəkliyi yaranır, azarkeş dəstəyi tamam başqa hisslərdir. İnanıram ki, azarkeşlərimiz qarşıdakı oyunlarda bizi tək buraxmayacaqlar”.

29 yaşlı qapıçı uzun müddət sonra milliyə dəvət almasından danışıb:

"Neçə ildir ki, millidə şans almağa hazıram. Bu günü çoxdan gözləyirdim, baş məşqçiyə təşəkkür edirəm ki, məni dəvət etdi. Klubumda maksimum dərəcədə yaxşı çıxış etməyə çalışıram, eyni zamanda öz üzərimdə çalışıram ki, həmişə yaxşı formada olum. Hədəfim daimi olaraq milli komandada çıxış etməkdir”.

Rəşad Əzizli klubu haqda bunları deyib:

"Artıq bu gündən klubda məşqləri bərpa etdik. Hər şey qaydasındadır, komanda şəklində çempionat oyunlarına hazırlaşırıq. Təəsüf ki, son sıralarda yer almışıq. Amma ikinci dövrədə maksimum çalışaraq xallar toplayıb üst pillələrdə yer almaq istəyirik. Komandamın potensialı var, sadəcə qələbələr lazımdır ki, hər şey yoluna düşsün. Gələn tur evdə "Araz-Naxçıvan"la qarşılaşacağıq, həmin oyunda da məqsədimiz yalnız qələbə olacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib