Həftənin ən şanslı BÜRCLƏRİ

Həftənin ən şanslı BÜRCLƏRİ
MARAQLI
13:58 15.01.2024
320
Türk astroloq Nilay Dinç 15-21 Yanvar həftəsi üçün şanslı bürcləri açıqlayıb və onların xüsusiyyətləri haqqında danışıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur astroloq Nilay Dinç sosial media hesabından verdiyi proqnozlarla gündəmə gəlib. 

ƏQRƏB  

Mübariz, güclü, dönməz və iddialı insanlardır.  İmtina etdiklərini düşündüyünüz anda küllərindən doğula bilirlər. Əqrəblər etibarlı insanlardılar.   

Əqrəb kişiləri: Çox şeydən xəbərsiz görünsələr də, intuisiyaları sayəsində son dərəcə qavrayışlı kişilərdir. Onlarda şeytan tükü olduğunu da deyə bilərik. Yalana dözümləri yoxdur. 

Əqrəb qadını: Biz sizə sirli, intuitiv və meydan oxuyan Əqrəb qadınına heç vaxt yalan danışmamağı və aldatmamağı tövsiyə edirik. O, qapalı sirləri araşdırmağı və sorğu-sual etməyi heç vaxt dayandırmır. Onu sevmək çətindir, buraxmaq çətindir. 

DOLÇA  

Dostcanlı, mehriban, sosial, yenilikçi və qeyri-adi. 

Dolça kişiləri: Evli olmaqdansa çöl həyatı seçən, dostluqları ailədən əvvəl gələn fərqli və qeyri-adi kişilərdir. Onlar öz zəkaları və rasionallıqları ilə öndə gedirlər və yaşadıqları cəmiyyətə uzaqgörən baxışları ilə təsir edirlər. 

Dolça qadını 

Fərqli, qeyri-adi, ağıllıdır. 

Onunla ayaqlaşmaq asan deyil, içində olduğu mühitlə öz ahəngini yaradır. Kifayət qədər sosial və mehriban olsalar da, həyat yoldaşı seçməkdə çətinlik çəkirlər.  

ŞİR  

Özünə güvənən, qürurlu, qoruyucu,  iddialı, sənətə və estetikaya düşkün. 

Şir kişi: Onların nə qədər qəşəng və yaraşıqlı olduğunuzu tez-tez təkrarlamağınız lazım ola bilər. O, ata olmaq üçün doğulub.Özü ata olmasa da, qoruyucu və qayğıkeş xüsusiyyətləri ilə ata rolunu öz üzərinə götürə bilir. 

Şir qadını: Şir qadınları geyinib bəzənməkdə maraqlıdırlar. Onlar girdikləri hər mühitdə geyimi, aksesuarları və saçları ilə dərhal diqqət çəkirlər. Xüsusilə onun qürurunu incidəcək hər hansı söz və ya hərəkətlərdən çəkinməlisiniz. 

QIZ  

Vasvası, çalışqan, mükəmməlliyətçi,  təfərrüat yönümlü, xidmət yönümlüdürlər. 

Qız bürcü kişisi: Rasional və praktik zəkaya malikdirlər. Onlar punktual, çalışqan və detallara fikir verən olurlar. Tənqidi və vasvası cəhətləri onları bəzən çətin vəziyyətə sala bilər. 

Qız qadıları: Qız qadınına nəyisə bəyəndirmək çox çətindir. Ən kiçik qüsurları və detalları görə bilən bir gözləri var. Bəzən bu detallarda çox itə bilirlər. Onlar seçim etməkdə çətinlik çəkirlər. 

Oksana
OXŞAR XƏBƏRLƏR