Həftəsonu üçün hava proqnozu açıqlandı - PROQNOZ

Həftəsonu üçün hava proqnozu açıqlandı - PROQNOZ
Bütün Xəbərlər
13:36 16.03.2012
1445
Mart ayının 16-17-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakı və Abşeron yarımadasında martın 17-də havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.Martın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında həftəsonu havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.Martın 18-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR