Türkiyənin İstanbul şəhərində klinikaların birində kişi ginekoloq xəstəsini zorlayıb.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, evli olduğu 4 il müddətində həyat yoldaşı ilə bir dəfə də olsun cinsi münasibətdə olmayan 32 yaşlı Ö.A.G, müalicə olmaq üçün həkimə müraciət edib.Həkim ginekoloq C.K. qadını müayinə etdikdən sonra 3 seans müalicə almalı olduğunu bildirib. Ginekoloq Ö.A.G,-ya 3 həftə ərzində sağalacağını və normal həyata dönəcəyini deyib. Bundan sonra isə müalicə başlayıb.Müalicənin ikinci həftəsində həkim qadının alt patarlarını soyundurub. Daha sonra isə onunla psixoloji söhbətlər aparıb, daha sonra isə onu zorlayıb. Bu barədə qadın bir müddət sonra ərinə bildirib və polisə şikayət edib.“Məni hipnoz etdi. Ayıldıqda artıq gec idi. Onun yanından qaçdım”, - deyə Ö.A.G şikayətində bildirib. Müayinə zamanı qadının cinsiyyət orqanından həkimin sperması tapılıb. Həkim dərhal polis nəzarətinə götürülüb. Onun barəsində 18 il həbs cəzası gözlənilən cinayət işi başlanıb.