Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş

Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
SOSİAL
09:46 14.06.2025
453
Ötən il sevgilisini intim videolarla şantaj edən Sabirabad rayon sakini Məsləhət Zərbəliyevin məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, eyni zamanda narkotik vasitlərinin qanunsuz dövriyyəsində ittiham olunan deputatlığa keçmiş namizədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, 38 yaşlı M.Zərbalıbəyli Bakıda yerləşən dövlət xəstəxanalarından birində həkim və şöbə müdiri kimi çalışan G.Nəsirova (şərti) ilə sevgili olub. O, 2022-ci ildən etibarən həmin qadını intim görüntüləri ilə şantaj edərək müxtəlif vaxtlarda ümumilikdə 42 min manata yaxın pul alıb. Məsləhət G.Nəsirova ilə telefonda kobud formada, söyüşlərdən istifadə etməklə danışıb və ona kart hesabı göndərərək pul ödəməsini tələb edib. Əks halda Səbail rayonu Şıxov qəsəbəsindəki istirahət mərkəzində birgə olduqları vaxt lentə alınmış görüntüləri onun ərinə, qardaşına və oğluna göndərəcəyini deyib.

Zərərçəkmiş şəxs qismində tanınmış G.Nəsirova ifadəsində Məsləhətlə aralarında sevgi münasibəti olduğunu bildirib: "Həkim işləyirəm. 2022-ci il tarixdə Məsləhətin bacısı uşağı mənim qəbulumda olarkən onunla tanış olmuşuq və münasibətimiz yaranıb. Təklikdə görüşüb birgə çay içib, çörək yemişik. Ailə üzvlərimin Məsləhətlə olan dostluq münasibətindən xəbəri olmayıb”.

G.Nəsirova sonradan ifadəsini dəyişərək pulları keçmiş sevgilisinə borc kimi verdiyini deyib. Bundan başqa qadının Məsləhətin həbsindən sonra təcridxanaya gedərək onunla görüşməsi və sovqat aparması da müəyyən edilib. O, qarşı tərəfin niyə söyüşlə və kobud şəkildə danışması, pulu niyə tələb etməsi ilə bağlı suala isə, Məsləhətin kobud danışan şəxs olduğunu və bunu normal qarşıladığını, onunla aralarında borc pul məsələsi olması kimi izah edib.

İstintaq həkimin təqsirləndirilən şəxsin hədə-qorxusundan çəkindiyi üçün bu addımları atması qənaətinə gəlib. 

İfadə verən şahidlər M.Zərbalıbəylinin müxtəlif qadınlarla tanış olaraq münasibət yaratdığını və daha sonra onları şantaj etdiyini bildirib.

Məhkəmə Məsləhət Zərbalıbəylini Cinayət Məcəlləsinin 182.2 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak ələ keçirmək məqsədilə və təkrar törədildikdə) maddələri ilə təqsirli bilib. Məhkəmənin 30 may tarixli hökmü ilə ona 6 il həbs cəzası verilib.

Qeyd edək ki, M.Zərbalıbəyli 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. O, bir neçə il əvvəl Bakıdakı hotellərdən birində gənc qıza təcavüzdə ittiham edilərək həbs olunub. Həmin cinayət işi üzrə M.Zərbalıbəylinə bəraət verilib və həbsdən azad edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
22:07 25.06.2026
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü
20:34 25.06.2026
Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü
Tələbələrə 766 mindən çox vəsait bağışlanıb
20:28 25.06.2026
Tələbələrə 766 mindən çox vəsait bağışlanıb