Həkim və oğlunun bıçaqlanmasına rəsmi açıqlama gəldi
Bütün Xəbərlər
15:45 24.05.2013
1027
Bakı Şəhər Səhiyyə İdarəsi paytaxtda həkim Lalə Mirzəyeva və oğlunun xəstə qadın tərəfindən bıçaqlanması hadisəsinə münasibət bildirib. İdarənin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, hadisə vəzifə borcunu yerinə yetirən həkim və oğluna qarşı törədilib.Onun sözlərinə görə, hadisəni törədən Nərgiz Kərimovanın 8 aylıq körpəsində iki gün öncə respirator xəstəlik əmələ gəlib: “Uşaq həkim tərəfindən nəzarətə götürülüb və mütəmadi olaraq yoxlanılıb. Ötən gün axşam saat 21:30 radələrində Nərgiz Kərimova həkimin telefonuna zəng edərək uşağına yardım etməsini istəyib. Həkim də öz övladını götürərək həmin uşağa yardım göstərməyə gedib. Öz vəzifə borcunu icra edən həkim uşağa dərman içirtmək istəyərkən arxadan Nərgiz Məmmədova tərəfindən vurulub. Anasına yardım etmək istəyən Lalə Mirzəyevanın oğlu Rüfət də müəyyən xəsarətlər alıb. İlkin məlumatlara əsasən, Nərgiz Kərimova ailəsində yaşanan münaqişələr nəticəsində həmin anda gərgin vəziyyətdə olub”.