Həkimdən həyəcan təbili: “Virusun “Delta” ştammı görmə zəifliyi yarada bilər”

SAĞLAMLIQ
12:40 31.07.2021
1150
"Delta” ştammı digərlərindən simptomları ilə fərqlənir. Belə ki, bu ştamma yoluxan şəxslərdə görmə zəifliyi, eşitmə zəifliyi yarana bilər.

Oxu.Az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində infeksionist Ləman Qalimova məlumat verib.

O bildirib ki, virusun ölkəmizdə yayılma ehtimalı yüksəkdir, çünki qonşu ölkələrdə artıq virus yayılır:

"İnsanlar maksimum özlərini qorumalıdır. Gigiyena qaydalarına riayət etməli, insanların sıx toplaşdığı məkanlardan uzaq qalmalıdırlar. Əsas olan odur ki, vaksin aşkarlanıb və bu virusdan xilas yolu deməkdir”.

OXŞAR XƏBƏRLƏR