“Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır...” - VİDEO

“Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır...” - VİDEO
SOSİAL
16:20 17.12.2025
281
Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər.

AZXEER.COM xəbər verir ki, onlar bununla bağlı "Baku TV”yə danışıblar.

Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddia edib: "Həkim cərrahi əməliyyat keçirdi. Beş gündən sonra qan köçürüldü, qızımın halı dəyişdi. Dedilər ki, gözləri, ağzı açıq qalıb, eləcə uşaq əldən gedib... 5 ildir evli idi, iki azyaşlı uşağı var. Kistadan heç kim ölmür, bunu bacarmırsınızsa, göndərin Bakıya, camaatın balasını niyə qırıb öldürürsünüz?! Deyilənə görə, həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır, sabah 4-cünü öldürəcək... Xahiş edirəm, tədbir görülsün, ağır cəza verilsin”.

Məleykənin həyat yoldaşı Simran Nurməmmədov isə həkimdən təzminat tələb edib: "Dünən gecə dedilər ki, qan köçürülməlidir. Səhv köçürüblər, yoxsa bilmirəm nə ediblər... Gecə 3-də zəng etdilər ki, vəziyyəti yaxşı deyil. İki uşağım var, indi mən onlara necə baxacağam?”

Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 11-i saat 15:15 radələrində vəziyyətinin pisləşməsi səbəbilə xəstəxanaya müraciət edən qadına müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub: "Pasiyentdə sağ yumurtalığın pazvari rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonrakı dövr stabil olub. Dekabrın 16-sı saat 16:00 radələrində ani ürək dayanması baş verib və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, dekabrın 16-sı saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb”. 

Daha ətraflı videomaterialda:
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar