“Həkimlərin koronavirusa siyasi və ya iqtisadi oyun deməsi yolverilməzdir” - Nuran Abdullayev

“Həkimlərin koronavirusa siyasi və ya iqtisadi oyun deməsi yolverilməzdir” - Nuran Abdullayev
ÖZƏL
22:27 08.04.2020
4528
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevdən çağırış edib. 

O AZXEBER.COM-a açıqlamasında deyib: 

"Artıq COVİD-19 pandemiyasının öz məcrasındən çıxıb təkcə səhiyyə problemi deyil eləcə də siyasi, iqtisadi və sosial problemlərə yol açması virus yayılan böyük ölkələrin hər birində mövcuddur və bu da heç kəsə sirr deyil. Belə olan zamanda dövlətin verdiyi xəbərdarlıqlara və tapşırıqlara xalqlar maksimum əməl etməyə çalışırlar və bununla da pandemiyaya qarşı dövlətin apardığı mübarizə siyasətinə dəstək olmuş olurlar. 

Çox təəssüf ki, keçmiş günlərdə Azərbaycan ərazisində bir çox vətəndaşın virusun ölkə ərazisində hansı sürətlə yayıla bilmə təhlükəsini və bundan da önəmli olan virusun törədə biləcəyi ağırlaşmaları dərk etməməsi halları çoxluq təşkil edirdi. Bu da öz növbəsində dövlət tərəfindən əhalinin sağlamlığını qorumaq məqsədi ilə daha da vacib və doğru olan sərt tədbirlərə - xüsusi rejimin tətbiqinə səbəb oldu.

Bütün bunlarla yanaşı çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə ərazisində və eləcə də onun hüdudlarından kənarda olan bəzi vətəndaşlarımız və eləcə də bir çox həkimlərimiz COVİD-19 pandemiyasının törətdiyi tibbi ağırlaşmaları görməməzlikdən gələrək müxtəlif siyasi, iqtisadi mülahizələr və lazımsız fikirlər irəli sürürlər. 

Bu da öz növbəsində ölkədə yaşayan vətəndaşlara bir inamsızlıq və eləcə də məsələnin ciddiyətinə qarşı laqeyidsizlik bəxş edir ki, onlar da nəticə etibarı ilə sağlamlıqlarını qorumaq, qoyulan məhdudiyyətlərə ciddi əməl etmək və bununla da dövlətə dəstək olmaq əvəzinə müxtəlif əsassız fərziyələrin doğru və ya yalnış olması axtarışına başlayırlar. 

Bütün bu yuxarıda yazılanları nəzərə alaraq düşünürəm ki, bu günlərdə hər bir Azərbaycan vətəndaşı öz peşəkar ixtisası üzrə fəaliyyət göstərib dövlətə və eləcə də xalqa virusla mübarizədə dəstək olmalıdır. 

Hazırki məqamda həkimlik peşəsinin xüsusi həssaslığa sahib olmasını nəzərə alaraq bütün Azərbaycan həkimlərindən kütləvi informasiya vasitələrində, televiziyalarda və eləcə də sosial şəbəkələrdə söylədikləri fikirlərə xüsusi diqqət yetirmələrini xahiş edirəm. Hər hansı bir həkimin ortada olan və gözlə görülən bir ciddi xəstəliyə siyasi və ya iqtisadi oyun deməsi və buna aldanmamaq kimi çağırışları yol verilməzdir. Ehtiyac olarsa belə çıxışları edəcək kifayət qədər güclü siyasətçilərimiz və iqtisadçılarımız var deyə düşünürəm. Bugünkü gün azərbaycan həkiminin üzərinə düşən vəzifə xalqının yanında tibbi bilikləri ilə olmaq, onları maarifləndirməkdir və ehtiyac olan halda ən müasir tibbi xidməti göstərməkdir. 

Bu istiqamətdə son günlər ölkənin kütləvi informasiya vasitələrinin və eləcə də televiziya kanallarının xalqın maarifləndirilməsində göstərdikləri xidmətlər əvəzsizdir. Onlara da bu yolda uğurlar arzu edirəm və şəxsim adından bir daha təşəkkür edirəm!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir