Həlak olmuş əsgərin valideynləri oğullarını dəfn etməkdən imtina edirmiş
Bütün Xəbərlər
21:09 28.10.2011
1683
Milli Ordunun əsgəri Taleh Hüseynbalazadə bu gün doğulduğu Şəki rayonunda torpağa tapşırılıb. ANS TV-nin Şəki bürosunun verdiyi məlumata görə, 18 yaşlı əsgərin valideynləri onun basıdırılmasına razı deyilmişlər. Atası ciddi məhkəmə araşdırması tələb edirmiş və oğlunun cərəyanvurmadan öldüyünə inanmırmış.Amma hərbi komissarlıq əməkdaşları və hərbçilər onlara Talehi dəfn etməyi tövsiyyə ediblər, hərbi-tibbi ekspertin artıq rəy verdiyini bildiriblər. Hərbçilər həmçinin bildiriblər ki, Taleh yoldaşını xilas edərkən onu cərəyan vurub və buna görə də ona şəhidlik statusu veriləcək.