"Hələ gümraham, bu rayonlarda işləyə bilərəm" - Vəzifədən azad olunan Əhəd Abıyev

"Hələ gümraham, bu rayonlarda işləyə bilərəm" - Vəzifədən azad olunan Əhəd Abıyev
Siyasət
16:34 18.07.2023
874
"Daşkəsən rayonunda heç kim 1-2 ildən artıq işləməyib. Amma mən 13 ildir ki, burada icra başçısıyam”.

AZXEBER.COM xəbər verir ki, bunu "Azvision.az"a açıqlamasında Daşkəsən rayonunun keçmiş icra başçısı Əhəd Abıyev deyib.

O, öz ərizəsi ilə işdən çıxmaq barədə Prezident İlham Əliyevə müraciət etdiyini bildirib:

"Daşkəsən dağlıq rayondur. Son vaxtlar burada sel, təbii fəlakətlər çox olur, səhhətimə pis təsir edir. Amma Aran rayonlarında işləyə bilərəm, hələ gümraham. İndi Prezidentin göstərişini gözləyirəm. Allah ona cansağlığı versin, o, özü bilən məsləhətdir. Nə desə, o da olacaq. Biz Prezidentin əsgərləriyik. Mən də zabit kimi bu dövlətçiliyə, iqtidara sədaqətli olmuşam, sadiqlik nümayiş etdirmişəm".

Prezidentin etimadını hər an, hər zaman doğrultduğunu deyən Əhəd Abıyev bildirib ki, bu gün Daşkəsən rayonu şikayətlərin az olmasına görə birinci yerdədir:

"Rayonda sabitlik, əmin-amanlıqdır və heç bir söz-söhbət yoxdur. Hazırda İcra hakimiyyətində, öz otağımdayam. Kollektivlə söhbət edib vidalaşıram. Sonra bir qonaqlıq olacaq, onunla da buradan ayrılacağam”.

Qeyd edək ki, dünən Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib