Dövlət televiziyası çox sayda insanın öldüyünü xəbər verib
AZXEBER.COM-un məlumatına görə, Suriyanın sənaye və ticarəh şəhəri Hələbdə iki partlayış olub.
Suriya dövlət televiziyası Hələbdə iki partlayışın olduğunu, çox sayda əsgər və dinc vətəndaşın öldüyünü, bir çox insanın isə yaralandığını xəbər verib.
Televiziya hadisəni terrorçuların törətdiyini bildirib.
Partlayışla bağlı detallı açıqlama verilməyib.
Partlayışlardan birinin hərbi kəşfiyyat binasında, digərinin isə polisə bağlı bir binada törədildiyi bildirilib.