İsraillə HƏMAS arasında reallaşması gözlənilən daha bir məhbus mübadiləsi təxirə salınıb.
AZXEBER.COM xarici mətbuata istinadın xəbər verir ki, HƏMAS fevralın 15-də planlaşdırılan məhbus mübadiləsinin növbəti xəbərdarlığa qədər təxirə salınıdığını açıqlayıb.
Qərar İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən qəbul edilib.
İsrailin müdafiə naziri İsrael Katz orduya Qəzzada ən yüksək səviyyədə hazırlıq görmələri təlimatını verdiyini və HƏMAS-ın qərarının atəşkəs rejiminin pozulması olduğunu bildirib.
İsrailin atəşkəsə əməl etmədiyi vurğulanan bəyanatda "Bu pozuntular arasında köçkünlərin Qəzzanın şimalına qayıtmasının gecikdirilməsi, Qəzza zolağının müxtəlif hissələrinin artilleriya və silah atəşi ilə hədəfə alınması, razılaşdırıldığı kimi hər hansı yardımın daxil olmasına icazə verilməməsi daxildir. Bunun əksinə olaraq müqavimət bütün öhdəliklərini yerinə yetirib", - deyə açıqlamada qeyd olunub.
Qəzzada olan 3 israillinin Qırmızı Xaç qruplarına təhvil verilməsindən sonra İsrail həbsxanalarında olan 183 fələstinlinin sərbəst buraxılacağı gözlənilirdi. HƏMAS-a bağlı Məhbuslar Media Ofisindən verilən açıqlamada, sərbəst buraxılacaq fələstinlilərdən 18-nin ömürlük, 54-nün ağır həbs cəzası, 111-nin isə 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzza zolağında saxlanılan şəxslər olacağı bildirilib.
Xatırladaq ki, HƏMAS və İsrail arasında əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-u qüvvəyə minib.
Məhbus mübadiləsinin ilk dörd mərhələsində İsrail həbsxanalarında olan 583 fələstinli azad edilib.
Mikayıl