HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə hərəkat özü məlumat yayıb.
Bildirilib ki, ona qarşı sui-qəsd Tehrandakı iqamətgahında baş verib. Hadisə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra qeydə alınıb.
Tasnim Agentliyinin məlumatına əsasən, hücum zamanı daha bir nəfər həlak olub. Həmin şəxsin Haniyənin mühafizəçisi olduğu bildirilir.