HƏMAS: Qəzzaya havadan atılan yardım insanları öldürür

HƏMAS: Qəzzaya havadan atılan yardım insanları öldürür
DÜNYA
18:12 26.03.2024
166

HƏMAS Qəzzaya təyyarələrdən atılan yardım paketləri nəticəsində 18 fələstinlinin həyatını itirdiyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, HƏMAS təyyarələrin Qəzza zolağına göndərdiyi yardımın səhv nöqtələrə boşaldılması səbəbindən 18 fələstinlinin həyatını itirdiyini açıqlayıb. 

HƏMAS-a bağlı hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada təyyarələrdən atılan və dənizə düşən fələstinlilərdən 12-nin izdiham nəticəsində boğulduğu, 6-nın isə həyatını itirdiyi bildirilib.

Açıqlamada təyyarələrin atdığı yardımların bir hissəsinin dənizə, bir hissəsinin işğal altındakı Fələstin ərazisinə, bir hissəsinin isə təhlükəli bölgələrə düşdüyü vurğulanıb və bu vəziyyətin insanların həyatını təhlükəyə atdığı vurğulanıb.

Gülay

OXŞAR XƏBƏRLƏR