Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov vəzifəsindən ayrılıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda o özü məlumat verib.
Həmin Nəsirov vəzifədə olduğu müddətdə ona dəstək olan şəxslərə təşəkkür edib:
"Gənclər və İdman Nazirliyinin qərarı ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsindən ayrıldım.
Baş İdarə rəisi işlədiyim dövrdə ilk öncə qurumun kollektivilə bir yumruq kimi birləşib, qarşıya qoyulan vəzifələrin icrasını komanda şəklində layiqincə həyata keçirdik.
Vətənpərvər Gəncə gənclərini də tanımaq xoş idi. Onlarla müxtəlif layihələrdə iştirak etdik və hər bir görüşümüzdə gənclərlə xoş ünsiyyət üslubunda gələcəyi planlaşdırırdıq.
Gəncənin igid idmançıları mənim ən yaxın silahdaşlarıma çevrildilər.
Hər bir qalibiyyətlə sizin qədər sevinib, qürurla sizlərin nailiyyətlərini bölüşmək mənə xüsusi zövq verirdi.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi mənə çox sayda səmimi dostlar qazandırdı.
Hər şey üçün çox sağolun əziz insanlar".