‘Həmin internat evinin direktoru Qətibə Əsədova deyil’ - Nazirlikdən açıqlama

‘Həmin internat evinin direktoru Qətibə Əsədova deyil’ -  Nazirlikdən açıqlama
Bütün Xəbərlər
18:36 23.05.2014
2686

Bəzi elektron KİV-də və sosial şəbəkələrdə Bakının Suraxanı rayonu ərazisində yerləşən 7 saylı internat məktəbinin guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansında olması və məktəbin direktorunun Qətibə Əsədova olması barədə qeyri-düzgün və əsassız məlumat yayımlanıb.

AZXEBER.COM  xəbər verir ki, bu barədə APA-ya açıqlamasında nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, Bakının Suraxanı rayonu ərazisində yerləşən 7 saylı internat məktəbi nazirliyin tabeliyində deyil: “Qətibə Əsədova isə əvvəllər nazirliyin tabeliyində olan, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün internat məktəbinin direktoru vəzifəsində çalışıb. 

Artıq bir ilə yaxındır ki, Qətibə Əsədova nazirliyin Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatının - Qocalar Evinin direktorudur. Müvafiq kütləvi informasiya vasitələrindən hər hansı məlumatı yayımlayarkən diqqətli olmaq xahiş olunur”.

OXŞAR XƏBƏRLƏR