La Liqanın 23-cü turu çərçivəsində keçiriləcək iki oyun – "Barselona” – "Atletiko Madrid” və "Real Sosyedad” – "Real Madrid” qarşılaşmaları 2–4 dekabr tarixlərində keçiriləcək.
Bu haqda "Daily Sport” nəşri məlumat yayıb.
Bildirilir ki, oyunların vaxtının dəyişdirilməsinə 2027-ci ilin fevralında İstanbulda təşkil olunacaq İspaniya Superkuboku səbəb olub.
Qeyd edək ki, hər iki oyun 7 fevrala planlaşdırılırdı.
///qafqazinfo///











































