“Həmin vətəndaşlardan üzr istəyirəm” - Prezidentin köməkçisi - Video

“Həmin vətəndaşlardan üzr istəyirəm” - Prezidentin köməkçisi - Video
SİYASƏT
11:11 21.10.2019
6296
"Əgər sizin hakimiyyətlə bağlı probleminiz varsa, prezidentin köməkçisi kimi mən və digər 6-7 köməkçisi, yəni hər birimiz, sizin müvafiq problemlərinizi dinləməyə hazırıq”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov dövlət televiziyasının efirində 19 oktyabr mitinqindən danışarkən deyib. O bildirib ki, 28 May meydanı ətrafında nəqliyyat vasitələrindən avtobuslardan, metrolardan gün ərzində 200 minə yaxın Bakı şəhər sakini istifadə edir: 

"O cümlədən, həmin meydanın ətrafı kifayət qədər sıx şəkildə sahibkarlıq obyektləri, dükanlar, ticarət mərkəzləri, məktəblər, xəstəxanalar, institutlar olan bir yerdir. Təsəvvür edin ki, Azərbaycan müxalifətinin bu antimilli, antivətəndaş aksiyası sözün həqiqi mənasında Bakının 200 mindən artıq insanın ritmik həyatını pozdu. Həmçinin nəqliyyatın ritmik hərəkətini, şəhərin ictimai-siyasi asayişini pozdu. Polis oqranları asayişi qorumaq üçün məcbur oldu ki, vətəndaşların hərəkətini məhdudlaşdırsın. Ona görə də mən polis orqanlarının və Azərbaycan dövlətinin adından dinc vətəndaşlarımıza, həmin gün o aksiyaya heç bir aidiyyatı olmayan vətəndaşlarımıza yaratdığımız bu diskomforta görə üzr istəyirəm. Əslində, müxalifət üzr istəməlidir. Bu işin məsuliyyətini kimsə daşımalıdır, ya daşımamalıdır?! 200 min adamın ritmik həyatının pozulmasının məsuliyyətini müxalifət, təşkilatçılar, Azərbaycanın mərkəzini qarşıdurmaya, xaosa, anarxiyaya çevirmək istəyən siyasətçilər daşıyır. 25-26 ildir ki, mənim də təmsil olunduğum hakimiyyət Azərbaycan dövlətini idarə edir. Azərabycanın iqtisadi-siyasi, sosial siyasətini formalaşdırır və həyata keçirir. 

Azərbaycan vətəndaşları ilə təmasa girir. Onun hakimiyyət mandatına sahib olur. Onların istək və arzularını həyata keçirmək üçün siyasət yürüdür. Azərbaycan vətəndaşları da bütövlükdə bu hakimiyyətdən razıdırlar. Bunu keçirilən sorğular göstərir. Yəni, bir ölkənin hakimiyyətini, liderini hakimiyyətdən salmağın, devirməyin yolu Azərbaycan vətəndaşlarının iradəsindən, istəyindən keçir. Bu iradəni, istəyi qazana bilməyən istənilən qüvvə iflasa məhkumdur. Necə ki Azərbaycan müxalifəti 25-26 ildir ki, iflasa uğrayıb, Azərbaycan xalqı tərəfindən boykot olunub. Bunu birmənalı şəkildə bizim vətəndaşlar anlamalıdır.

Müxalifət partiylarının həmin o ambisiyalı, həmin o antimilli siyasətçilərinin ətrafında cəm olan vətəndaşlarımıza çağırış edirəm. Əgər sizin hakimiyyətlə bağlı probleminiz varsa, prezidentin köməkçisi kimi mən və digər 6-7 köməkçisi, yəni hər birimiz sizin müvafiq problemlərinizi dinləməyə hazırıq. Sizi narahat edən problemləri dinləməyə hazırıq.

Əli Kərimli və onun ətrafındakı antimilli qüvvələr 26 ildir ki, eyni cəfəng fikirlərlə hakimiyyətə və dövlət idarəçiliyinə, asayişə, dövlətin islahatlarına, onun yürütdüyü fəal sosial siyasətə qarşı istifadə edir. Mən əminəm ki, o insanların siyasətçilərin heç birisi indiyə qədər Azərbaycan büdcəsinə 1 qəpik vergi verməyiblər. Onların valideynləri, qohum-əqrəbaları bu dövlətdən pensiya, maaş, iş alırlar. Bu dövlətin hesabına yaşayırlar. O insanların taleyini də biz beləsi ambisiyalı insanlara qurban versək, onda bu dövlət nə günə qalar?! Baxın, xarici ölkələrdə dövlətin asayişini pozmaq istəyən vətəndaşlara qarşı polis hansı qəddarlıqla tədbirlər görür. Sivil dünyanın mərkəzi Parisdə, Barselonada, Amsterdamda, Londonda biz dəfələrlə belə halların şahidi olmuşuq. Dövlətin, vətəndaşların asayişini, ritmik həyatını, nəqliyyatın hərəkətini pozmaq istəyən insanlar müvafiq olaraq polislə, asayiş keşikçiləriylə üz-üzə gəlirlər və onlara qarşı istənilən vasitə məqbul hesab olunur. Ancaq biz 26 ildir ki, bunları ötüşdürürük. Biz düşünürük ki, Azərbaycan vətəndaşları özləri anlayar. Bu insanların gələcəkdə də, bu gün də Azərbaycan dövlətinə, dövlətçiliyinə hər hansı pozitiv ruh, dəyişiklik gətirəcəyini qoy insanlar özləri müəyyən etsin”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?