Həmkəndlisini öldürən 81 yaşlı qoca: "Gəlin, meyidinizi aparın"

Həmkəndlisini öldürən 81 yaşlı qoca: "Gəlin, meyidinizi aparın"
Bütün Xəbərlər
17:13 10.08.2015
2235
Hacıqabulda 81 yaşlı kişi öz həmkəndlisini öldürüb. Hadisə rayonun Kolanı kəndində baş verib.

Hacıqabul Rayon Prokurorluğunun müstəntiqi Yusif Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 1935-ci il təvəllüdlü Kolanı kənd sakini Sərhəd Səhhəd oğlu Şirəliyev həmkəndlisi 1971-ci il təvəllüdlü Habil Nəcəf oğlu Ədilovu "qoşalülə" ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Hadisəni törədən şəxs Habil Ədilovu öldürdükdən sonra mərhumun dayısına zəng vuraraq "bacıoğlunu öldürmüşəm, gəlin, meyidi aparın" - deyib.

Dərhal hadisə yerinə baxış keçirən Hacıqabul Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşları 81 yaşlı kişini həbs edərək istintaqa cəlb ediblər.

"Hadisəyə ilkin ehtimal kimi aralarında şəxsi münaqişə baş verməsi göstərilir. Lakin daha dəqiqi aparılan dindirilmələrdən sonra məlum olacaq", - deyə müstəntiq əlavə edib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda dindirilmələr davam edir.
OXŞAR XƏBƏRLƏR