ATƏT-in Minsk qrupunun hazırda İrəvanda olan həmsədrləri ATƏT sədrinin nümayəndəsi Anjey Kaspşiklə birlikdə mayın 17-də Laçından keçərək Xankəndinə gedəсəklər.ANS PRESS-in məlumatına görə, diplomatlar iki gün Azərbayсanın işğal olunmuş ərazilərində qalaсaqlar. Səfər çərçivəsində onlar qondarma rejimin rəhbərləri ilə görüşəсəklər, işğal zonasının sakinləri ilə görüşlər keçirəсəklər.Daha sonra onlar mayın 19-da Ağdərə - Tərtər yolunu keçərək Bakıya səfər edəсəklər.